Memarlıq və İnşaat Universitetində savadlı kadr hazırlamaq üçün hər cür şərait yaradılıb

Memarlıq və İnşaat Universitetində savadlı kadr hazırlamaq üçün hər cür şərait yaradılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova tikinti-iqtisad fakültəsinin birinci kurs tələbələri ilə görüşüb.
Görüşdə G.Məmmədova universitetə bu il qəbul olan tələbələri, onların valideynlərini təbrik edib. O, universitetin keçdiyi tarixi yola nəzər salaraq onun 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə açıldığını, bu gün AzMİU-nun ölkəmizin ali təhsil müəssisələri arasında özünəməxsus mövqeyi olduğunu vurğulayıb. Tikinti-iqtisad fakültəsinin qəbul göstəricilərini yüksək qiymətləndirən rektor bildirib ki, əldə edilən uğurlar təsadüfi deyil. O deyib: “Bu uğurlar gərgin zəhmətin, intellektin hesabına qazanılıb və inanıram ki, siz tələbələrin biliyi, bacarığı inkişafımıza öz töhfəsini verəcək”.
Ölkəmizdə həyata keçirilən təhsil siyasətindən söz açan G.Məmmədova Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan, görülən işlərdən də danışıb. Rektor onu da əlavə edib ki, AzMİU-da da bu islahatların nəticəsi olaraq son illər çox böyük işlər görülüb, savadlı kadr hazırlamaq üçün tam şərait yaradılıb. Rektor çıxışında gənclərin milli-mənəvi dəyərlərə ehtiramla yanaşmasının önəmini qeyd edib. Rəhbərlik etdiyi universitetdə yeganə meyarın bilik və tərbiyə olduğunu xatırladan rektor birinci kurs tələbələrinə yüksək səviyyəli mütəxəssis olmaq istiqamətində öz tövsiyələrini verib. “Universitetimizdə təhsil aldığınız illəri səmərəli keçirəcək, oxuyacaq, öyrənəcək, elmin, biliyin faydasını dərk edəcək və öz işinizin peşəkarı olacaqsınız. Burada seçdiyiniz ixtisaslar üzrə mükəmməl kadr olmaq üçün hər cür şərait yaradılıb. Eyni zamanda, dil bilgilərinizin artırılması istiqamətində də çalışmağınız vacibdir”, - deyə G.Məmmədova bildirib.
Tələbələri təbrik edən universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov onlara təlim-tədris prosesi, davamiyyət, elmi kitabxanadan istifadə, müxtəlif məlumat bazaları, kitablar və s. barədə məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.

AzMİU-nun Mətbuat Xidməti


Memarlıq və İnşaat Universitetində savadlı kadr hazırlamaq üçün hər cür şərait yaradılıbMemarlıq və İnşaat Universitetində savadlı kadr hazırlamaq üçün hər cür şərait yaradılıbMemarlıq və İnşaat Universitetində savadlı kadr hazırlamaq üçün hər cür şərait yaradılıbMemarlıq və İnşaat Universitetində savadlı kadr hazırlamaq üçün hər cür şərait yaradılıb

Oxşar xəbərlər