“SABAH” tələbələri beynəlxalq proqramlar haqqında məlumatlandırılıb

“SABAH” tələbələri beynəlxalq proqramlar haqqında məlumatlandırılıb Bakı Dövlət Universitetində (BDU) “SABAH” tələbələrinin beynəlxalq mübadilə proqramlarında iştirakının stimullaşdırılması məqsədilə təlim keçirilib.
Təlimdə Azərbaycan Texniki Universitetin “SABAH” mərkəzinin rəhbəri Aytən Sadıqova “Erasmus +” və digər beynəlxalq proqramlar haqqında tələbələrə məlumat verib.
Tədbirdə, həmçinin ali təhsil müəssisələri arasında əməkdaşlıq və mübadilə proqramlarında iştirak edən tələbələrin nailiyyətləri diqqətə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər