BANM-in tələbələri Böyük Britaniya və Tailandda keçiriləcək final yarışlarına hazırlaşırlar

BANM-in tələbələri Böyük Britaniya və Tailandda keçiriləcək final yarışlarına hazırlaşırlar Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Böyük Britaniya və Tailandda keçiriləcək beynəlxalq yarışların final mərhələsində iştirak etmək üçün hazırlaşırlar.
Dünya Robot Olimpiadasının Azərbaycanda keçirilən regional turunda ali məktəbin birinci yerə layiq görülən “Robo-Sapiens” komandası Tailandda final yarışına qatılacaq.
BANM-in ikinci kurs tələbələri Xalidə Əliyeva, Eyvaz Nəcəfli, Ramil Abbaszadə, onların mentorları Fərid Həmidov, Nəriman Tağızadə və ali məktəbin baş müəllimi Abbas Əlili ölkəmizi təmsil etmək üçün Tailanda yola düşəcəklər.
Ali məktəbin kimya mühəndisliyi ixtisası üzrə təhsil alan digər tələbələri Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Aleksandr Oborovsky, onların elmi rəhbəri Əmir Reza Vəxşuri isə Azərbaycanı Böyük Britaniyanın Edinburq şəhərində keçiriləcək “ClimateLaunchpad“ proqramının dünya finalında təmsil edəcəklər. Onlar “ThermoNorth” layihəsi ilə dünyanın ən böyük “təmiz texnologiya” startap akselerasiya proqramı olan “ClimateLaunchpad”ın “ClimateLaunchpad Azerbaijan 2018”də ölkə finalının qalibi olublar.

BANM-in Mətbuat Xidməti

Oxşar xəbərlər