Bakı Ali Neft Məktəbinin tələbələri “İlin ən yaxşı tələbəsi” seçiliblər

Bakı Ali Neft Məktəbinin tələbələri “İlin ən yaxşı tələbəsi” seçiliblər Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri Mahirə Əsədzadə və Abdulla Əsgərzadə XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransında ali məktəbə ən yüksək balla daxil olduqları və uğur əldə etdikləri üçün “İlin ən yaxşı tələbəsi” adına layiq görülüblər.
Tələbələrə sertifikat və pul mükafatı verilib.
Qeyd edək ki, hər iki tələbə BANM-ə 700 balla daxil olub. Abdulla Əsgərzadə ali məktəbə qəbul olduqdan sonra qısa müddətdə İELTS imtahanından 6.5 bal toplayaraq birbaşa BANM-in ikinci kursuna qəbul olunub. Mahirə Əsədzadə isə iki milyard ton neftin hasilatı ilə bağlı keçirilən böyük tədbirdə Prezident İlham Əliyevin qarşısında möhtəşəm çıxışı ilə böyük marağa səbəb olub.

Hikmət Əliyev


Bakı Ali Neft Məktəbinin tələbələri “İlin ən yaxşı tələbəsi” seçiliblər

Oxşar xəbərlər