
Layihə çərçivəsində bu qurumun Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Bakı şəhərinin uşaq-gənclər inkişaf mərkəzlərində ekologiya sahəsi üzrə çalışan metodist və dərnək rəhbərlərinə təlimlər keçirilib.
Təlimlər “Müxtəlif yaş qrupları üzrə ekoloji biliklərin artırılmasında yeni metodlar”, “Dayanıqlı inkişaf məqsədləri və ekoloji maarifləndirmə”, “Məktəbdənkənar təhsilin inkişafinda praktiki bacarığın artırılması” mövzularında təşkil olunub. Sonda iştirakçılara sertifikatlar verilib.
Layihənin növbəti mərhələsində ekoloji problemlərə ictimai diqqətin artırılması məqsədi ilə VI-IX sinif şagirdləri arasında qısametrajlı film müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasiminin təşkili planlaşdırılır.
Mətbuat Xidməti