
Professor X.Yahudov universitetdə doktorantura proqramı üzrə təhsil alanlar üçün son illər yaradılan şəraitdən, görülən işlərdən danışıb. Vurğulayıb ki, doktorantların elmi fəaliyyəti və aldıqları nəticələr hər ilin sonunda kafedra iclaslarında müzakirə edilərək qiymətləndirilməli, bu nəticələrin konfranslarda məruzə edilməsi, həmçinin elmi jurnallarda dərc edilməsi təmin olunmalıdır.
Sonra AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov universitetdə fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsilin vəziyyəti ilə bağlı ətraflı məlumat verib.
Görüşdə mövcud problemlər müzakirə olunub.
AzTU-nun Mtbuat Xidmti
