BDU-nun əməkdaşı Koreya Respublikasında menecerlər və müəllimlər üçün təlimlərə qatılıb

BDU-nun əməkdaşı Koreya Respublikasında menecerlər və müəllimlər üçün təlimlərə qatılıb Bakı Dövlət Universitetinin (BDU) tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşı Sevinc Vəliyeva Koreya Respublikasının Seul şəhərində ezamiyyətdə olub.
Sevinc Vəliyeva Koreyanın Milli İnformasiya Agentliyi şirkətinin təşkilatçılığı ilə menecerlər və müəllimlər üçün keçirilən təlimdə iştirak edib.
Təlim İKT avadanlığının idarə edilməsi və istismarı, proqramlaşdırma, tədris metodu sahəsində bilikləri mənimsəmək və bu sahədə Koreya ilə əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb. Tədbirə Azərbaycanla yanaşı, beş ölkənin Koreya mərkəzlərinin nümayəndələri qatılıblar.
İkihəftəlik proqram çərçivəsində Koreya mərkəzlərinin fəaliyyətləri barədə məlumat verilib, müvafiq mövzularla bağlı mühazirələr dinlənilib və yeni öyrənilən müxtəlif proqramlaşdırmalara aid kurikulum hazırlığı barədə təqdimatlar edilib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər