Azərbaycan ilə Çexiya arasında təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan ilə Çexiya arasında təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib Noyabrın 6-da təhsil naziri Ceyhun Bayramovun Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikova ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Çexiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi müzakirə edilib.
Dana Prudikova Çex Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonundakı A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbin binasının açılışında iştirak etmək üçün ölkəmizə gəlib.

Mətbuat Xidməti

Oxşar xəbərlər