Səfir: Cocuq Mərcanlıda suvenir fabriki tikilir

Səfir: Cocuq Mərcanlıda suvenir fabriki tikilir Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində suvenir fabrikinin tikintisi aparılır.
Bunu Tehsil-press.az-a Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, bu layihə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşəbbüsüdür:
“Hazırda TIKA-nın həyata keçirdiyi işlər çərçivəsində kənd ərazisində istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Bunlarla paralel olaraq suvenir fabrikinin tikintisi davam edir”.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Türkiyə səfirliyinin birgə layihələri çərçivəsində Cocuq Mərcanlıda 15 istixana quraşdırılıb. Bundan başqa, 15 ailəyə 10 arı ailəsi və müxtəlif arıçılıq avadanlıqları verilib.

Tehsil-press.az

Oxşar xəbərlər