Sinoptiklər xəbərdarlıq edirlər…

Sinoptiklər xəbərdarlıq edirlər… Sinoptiklər ölkə ərazisində yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Bakıda və Abşeron yarımadasında noyabrın 8-i gündüzdən 9-u gündüzədək arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Həmçinin noyabrın 8-dən 9-u səhərədək Lənkəran-Astara zonasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər