Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu enəcək, qar yağacaq

Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu enəcək, qar yağacaq Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Oktyabrın 31-i gündüz şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın şimal rayonlarından başlayaraq oktyabrın 31-i gündüz noyabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək. Çaylarda sululuğun artacağı bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər