Evdə kitabların sayı...

Evdə kitabların sayı... Bu, uşağın təlim nailiyyətlərinə təsir göstərir
Tədqiqatçıların bir çoxu belə bir fikri bölüşür kü, böyüyən uşağın evində nə qədər çox kitab olarsa, onun təhsil nailiyyətləri daha yaxşıdır. Və bu fikir heç də səhv deyil. Söhbət heç də oxunmuş kitablardan getmir, əsas məsələ odur ki, evdə kitab var. Avstraliya Milli Universiteti və ABŞ-ın Nevada ştat Universitetində keçirilmiş yeni tədqiqatlar göstərir ki, hansı ölkələrdə daha çox kitab oxuyur və daha çox kitaba malikdirlər. Bu tədqiqatlar ev kitabxanasında (hətta onların hamısı oxunmayıbsa belə) saxlanılan kitabların sayı ilə məktəblilərin təhsil nailiyyətləri arasında əlaqəni aşkar edib. Faktiki olaraq universitet təhsili almış, az sayda kitabların olduğu mühitdə böyümüş insanlar, 9 yaşda məktəbi tərk etmiş, lakin zəngin ev kitabxanasının olduğu ailədə böyümüş həmyaşdlan kimi eyni səviyyədə savadlılığa malikdir. Bu nəticələr
Social Science Research (ABŞ) jurnalında dərc edilib. 16 yaşlı uşaqların ev kitabxanasında olan kitabların sayı ilə onların sonrakı yaşlı illərdə nəyi öyrənməsi və çox sayda kitab oxuyub-oxumamasmdan asılı olmayaraq savadlılığı, riyazi və kompüter bacarıqları arasında müsbət əlaqə müəyyən edilib.
Ölkələr üzrə qısa nəticələr:
Avstraliyada orta hesabla avstraliyalının evində 148 kitab var. Amma rəyi soruşulanların böyük əksəriyyətinin (35) evində yalnız 65 kitab var.
Estoniya dünya siyahısının lideridir. Orta hesabla Estoniya ailəsinin ev kitabxanasında 218 kitab var. Respondentlərin 35 %-i evində 350 kitab saxlayır. Norveç (212), İsveç (210), Çexiya Respublikası (204), həmçinin Birləşmiş Krallıq (143), ABŞ (114) kimi ingilisdilli ölkələr siyahının yuxarısında dururlar.
Türkiyə bu siyahıda ən aşağı səviyyəyə malikdir. Orta göstərici - 27 kitabdır. Amma rəyi soruşulanların 60 %-i qeyd edir ki, onların evlərində cəmi 5 kitab var.
Rusiya Federasiyası bu siyahıda beşinci yeri tutur - orta hesabla 154kitab.
Tədqiqata rəhbərlik etmiş Avstraliya Milli Universitetinin əməkdaşı doktor Djoanna Sikoranm sözlərinə görə, yeniyetmə yaşlannda kitabların təsiri “təhsil mədəniyyətinin” əsasını yaradır, bu isə insanın bütün sonrakı həyatı boyu sosial firavanlıqdan asılı olmayaraq təhsilin üstünlüyünü təmin edir.
D.Sikora aynca vurğulayır ki, məsələ heç də oxuma prosesində deyil: “Kitablan barmaqla uşaqlara göstərmək və “Sadəcə daha çox oxu” demək mümkün deyil. Bu kitablan və oxumanı əhatə edən bütöv tam bir kompleksdir. Balaca uşaqlara ətraflarında özlərini kitablarla əhatə edən və oxumada fayda tapan valideynləri və digər yaşlıları görmək çox əhəmiyyətlidir”.

Kəmalə Rəhimli

Oxşar xəbərlər