ADPU-da silsilə seminarlar: "Azərbaycan ərazisi və ermənilərin gerçək tarixi, faktlar və etiraflar" adlı elmi seminar keçirilib

ADPU-da silsilə seminarlar: 15 noyabr 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqda fikirləri və beynəlxalq erməni terrorizmi haqda məlumatlandırılması” layihəsi çərçivəsində ikinci elmi seminar - "Gəlmələr. Ermənilərin gerçək tarixi" monoqrafiyasının və “Erməni elitasının etirafları” kitablarının müəllifi, tarix e.n., BDU-nun dosenti Atamoğlan Məmmədlinin "Azərbaycan ərazisi və ermənilərin gerçək tarixi, faktlar və etiraflar" adlı seminarı baş tutub. Tədbirdə ADPU-un Humanitar və sosial məsələlər üzrə prorektorunun köməkçisi Sahil Qələndərov, layihə rəhbəri Taleh Mirzəyev və elektron seçim prosesindən keçərək iştirak haqqı qazanan 100 tələbə iştirak edib.
Tədbiri giriş sözü ilə açan Taleh Mirzəyev qonağı və iştirakçı tələbələri növbəti seminarda salamladı və onları bu layihədə görməkdən şad olduğunu vurğulayaraq ekspertə dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirdi. O, bu layihənin davamlı bir layihə olduğunu vurğulayaraq ilk seminarın tələbələrin ciddi marağına səbəb olduğunu, bunun bundan sonra da belə davam edəcəyinə ümüdvar olduğunu vurğuladı. Sonra söz mütəxəssisə verildi.
Erməni məsələsi haqda xarici mənbələr əsasında ciddi elmi araşdırmalar aparan mütəxəssis Atamoğlan Məmmədli ermənilərin kökü, millətin adı, dili, qədim dövrlərdən bəri meydana çıxdığı və yayıldığı ərazilər, tarixən erməni məkri, türklərə qarşı ərazi iddialarının kökləri haqda geniş məlumat verərək, əsaslı faktlarla ermənilərin e.ə. VII-VI əsrlərdə Frakiyadan (Finikiya) Balkanlara, oradan isə Bosfor boğazı vasitəsiylə Kiçik Asiyanın – Anadolunun şərqinə gəldiklərini və burada Urartu dövlətində dağlarda daşyonan qulluqçular kimi istifadə edildiklərini qeyd etdi.
Qeyd edək ki, layihənin icrasında məqsəd gənclərin tarixi faktlar, ölkəmizin tarixi və erməni problemi ilə bağlı məlumatlılıq səviyyəsinin əməli və elmi şəkildə artılması, Vətən tarixini dərindən mənimsəmək, Vətənə sevgi ruhunu yüksəltmək və beynəlxalq informasiya savaşında gənclərimizin elmi, milli - ideoloji hazırlıq səviyyəsinin yüksəlməsi, əməli işlər görülməsinin təmininə töhfə verilməsidir. Əsas hədəf kütlə tələbələr, xüsusən, tədqiqatçılıq və xarici ölkələrdə elmi, siyasi tədbirlərdəki mövzuyla əlaqəli debatlara qatılan gənclərdir. Layihə 5 bir-birinə bağlı seminar halında həyata keçiriləcək və iştirakçılar hər bir seminarda iştirak edəcəklər.
Silsilə seminarların sonunda xüsusi hazırlanmış video, elektron və buklet materialları nümayiş olunacaq və iştirakçılara paylanacaq. Layihənin yekununda iştirakçılar sertifikatlarla təltif ediləcəkdir.

ADPU-nun Mətbuat Xidməti


ADPU-da silsilə seminarlar: "Azərbaycan ərazisi və ermənilərin gerçək tarixi, faktlar və etiraflar" adlı elmi seminar keçirilibADPU-da silsilə seminarlar: "Azərbaycan ərazisi və ermənilərin gerçək tarixi, faktlar və etiraflar" adlı elmi seminar keçirilibADPU-da silsilə seminarlar: "Azərbaycan ərazisi və ermənilərin gerçək tarixi, faktlar və etiraflar" adlı elmi seminar keçirilibADPU-da silsilə seminarlar: "Azərbaycan ərazisi və ermənilərin gerçək tarixi, faktlar və etiraflar" adlı elmi seminar keçirilib


Oxşar xəbərlər