Rusiya saxlanılan 12 Ukrayna dənizçisi ilə bağlı qərarını verdi - Yenilənib

Rusiya saxlanılan 12 Ukrayna dənizçisi ilə bağlı qərarını verdi - Yenilənib Simferopolun Kiyev rayon məhkəməsi Kerç boğazında ələ keçirilən 3 Ukrayna dənizçisi haqqında həbs qərarı çıxarıb.
Onlar Rusiyanın dövlət sərhədlərini pozduqları üçün 2019-cu il yanvarın 25-dək nəzarətdə saxlanılacaqlar.
Hakim Andrey Dolqopolov dənizçilər – Yuri Budzılo,Vladimir Tereşenko, Vladimir Varimezin 2 ay müddətinə həbs edildiklərini, daha 12 nəfər haqqında isə ehtiyat tədbirləri görüldüyünü açıqlayıb.
Qeyd edək ki, Ukraynanın 3 hərbi gəmisində olan 24 dənizçi Rusiya həbsindədir.
***
Məhkəmə daha 4 nəfərin 2 aylıq həbsinə qərar verib. Belə ki, Rusiya sərhədlərini pozan Viktor Bespalçenko, Sergey Tsıbizov, Andres Oprısko, Vladislav Kostışin azadlıqdan məhrum edilib.
***
Məhkəmə daha 5 nəfərin həbsinə qərar verib. Bunlar Mixail Vlasyuk, Boqdan Qolovaş, Sergey Çuliba, Sergey Popov və Roman Mokryukdur.

Tehsil-press.az

Oxşar xəbərlər