Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə qeyd edilib ki, bu gün Azərbaycan xalqının həyatında çox əlamətdar və şərəfli bir gündür. Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının 100 ili tamam olur. 1918-ci il dekabr ayının 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılması böyük ictimai-siyasi əhəmiyyət kəsb edən hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılması böyük və zəngin ənənələrə malik dövlətçilik tariximizin parlaq səhifəsidir. Parlamentin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi dövlət quruculuğunda ən mühüm addımlardan biri idi. Parlamentin yaradılması ilə respublika ərazisində yaşayan bütün xalqların seçki hüququ qanunla təsbit edildi. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə parlament tipli ilk respublika olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti bütün dünyada qadınlara seçki hüququ verən ilk dövlət olmuşdur. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyimiz tarixində dərin iz qoymuşdur. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətini qurmuş, gücləndirmiş və onu beynəlxalq miqyasda layiqincə tanıtmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi davamlı inkişaf siyasəti dövlətimizin daha da güclənməsini, beynəlxalq siyasi nüfuzunun yüksəlməsini təmin etmişdir.
Tədbirdə Kimya və bilologiya fakültəsinin tələbələrinin hazırladıqları bədii-musiqili kompozisiya təqdim edilib, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı videoçarx nümayiş olunub. Azadlıq, müstəqillik, xalqa, millətə, Vətənə, dövlətə sevgi hissini təbliğ və tərənnüm edən bədii-musiqili kompozisiya tədbir iştirakçılarında xoş əhvali-ruhiyyə yaradıb.
Sonda çıxış edən Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Kimya və biologiya fakültəsinin müəllim və tələbələrinə təşəkkür edib və onlara uğurlar arzulayıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi