Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır Milli Məclisin üç komitəsinin səlahiyyəti artırılır. Bunlar İnsan hüquqları komitəsi; İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi; Ailə, qadın və uşaq məsələləri komitəsidir.
Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik təklif olunur.
Belə ki, qanuna edilən əlavə ilə parlamentin İnsan hüquqları komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.
Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik parlamentin dekabrın 18-də keçiriləcək iclasında I oxunuşda müzakirə ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər