BDU-da Qazaxıstan Respublikasının Müstəqillik Günü qeyd edilib

BDU-da Qazaxıstan Respublikasının Müstəqillik Günü qeyd edilib Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Abay adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə jurnalistika fakültəsində Qazaxıstan Respublikasının Müstəqillik Günü qeyd olunub.
Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfirliyinin ikinci katibi Tlek Kapışov ölkəsinin müstəqillik əldə etdiyi 27 il ərzində keçdiyi yoldan danışıb. O, Qazaxıstan-Azərbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Jurnalistika fakültəsinin II kurs tələbələri Azərbaycan və Qazaxıstanın tarixi, əlaqələri, adət-ənənələri haqqında təqdimatlar ediblər.
Sonda tələbələrə mərkəz tərəfindən hədiyyələr verilib.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər