Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib C.Cabbarlı adına mədəniyyət evinin özfəaliyyət kollektivlərinin üzvləri “Gənclik” klubu ilə birgə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü Əliağa Tapdıq Hərbi bayram münasibətilə təbrik edib, Milli Müstəqillik günü haqqında geniş məlumat verib. Sonra mədəniyyət evinin solisti Adil Səfərovun ifasında Azərbaycan bəstəkarlarının mahnıları dinlənilib. Tədbirdə mədəniyyət evinin qiraətçisi Lumuxanım Fərzəliyevanın ifasında vətənpərvərlik mövzusunda səslənən şeirlər şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb. Sonda hərbi hissənin komandiri, polkovnik-leytenant Həsən Mahmudov “Milli Müstəqillik Günü” münasibəti ilə şəxsi heyət qarşısında konsert proqramına görə C.Cabbarlı adına mədəniyyət evinin kollektivini Fəxri Fərmanla təltif edib.
S.Vurğun adına Mərkəzi kitabxanada “Müstəqillik- xalqımızın milli sərvətidir” adlı oxucu konfransı keçirilib. Tədbiri giriş sözü ilə Məlumat-biblioqrafiya şöbəsinin metodisti Natəvan Axundzadə açaraq Milli Müstəqillik günü haqqında geniş məlumat verib. Tədbirdə 12 saylı orta məktəbin tarix müəlliməsi Məleykə Məmmədova, kitabxananın xidmət şöbəsinin əməkdaşı Xəyalə Seyidnurova çıxış edib, 5 saylı orta məktəbin şagirdləri Zəhra Bəşirova və Aynur Kərimovanın ifasında şeirlər dinlənilib, milli müstəqillik gününə həsr olunuş video-çarx izlənilib. Sonda kitabxananın direktoru Yeganə Əhmədova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Qubadlı rayon Tarix Diyarşünaslıq Muzeyinin kollektivi Qubadlı rayon İşıqlı kənd tam orta məktəbində bayram tədbiri keçirib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə məktəbin direktoru Avtandil Novruzov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Daha sonra Mehriban İsgəndərova və Ayşən Bədəlovanın “Milli müstəqillik tariximiz” mövzusunda məruzələri, məktəbin şagirdlərinin ifasında şeirlər dinlənilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər