Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri və “Not bayramı”ı keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində hesabat konsertləri və “Not bayramı”ı keçirilib Şuşa rayon Xəlfəli kənd musiqi məktəbində keçirilən hesabat konsertində məktəbin xor kollektivi, saz və tar sinfi şagirdlərinin, o cümlədən, fortopiano sinfinin şagirdi Humay Nəbiyevanın ifaları dinlənilib. Daha sonra Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, idarənin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov çıxış edərək şagirdləri təbrik edib, xoş arzularını çatdırıblar. Sonda 2016-1017-ci tədris ilində fərqlənən müəllim və şagirdlər fəxri fərmanla təltif olunublar.
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində 1 iyun Uşaqların Beynəlxalq Múdafiə Gúnú ilə əlaqədar, birincilərin "Səhnəyə ilk addım" adlí konserti keçirilib. Konsertdə şagirdlərin ifasında Azərbaycan, rus və avropa bəstəkarlarının əsərləri səslənib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən hesabat konsertində məktəbin şagird və müəllimlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə klassik əsərlərlə yanaşı xanəndələrin ifasında vətənpərvərlik ruhunda mahnılar da dinlənilib.
S.Rüstəmov adına uşaq incəsənət məktəbində I siniflərin not bayramı keçirilib. Tədbirdə məktəbin fortepiano sinfinin şagirdlərinin ifaları dinlənilib. Konsertdə məktəbin şagirdləri Şəmsiyyə İsgəndərlinin ifasında (fortopiano) Xyereskonun "Balaca pişik", Fidan Mirzəyevanın ifasında Rus xalq rəqsi, Leyla İsmayılovanın ifasında T.Quliyevin "Laylay", Sədaqət Bəkirlinin ifasında Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasından parça, Fidan Balamiyevanın ifasında M.Əhmədovun "Zarafat" və s.musiqi nömrələri ifa olunub.
F.Əmirov adına uşaq musiqi məktəbində birincilərin not bayramı və “Uşaqların Beynəlxalq Müdafiəsi günü“nə həsr olunmuş “Mən sülh istəyirəm” adlı bayram konserti keçirilib. Tədbirdə məktəbin birinci sinif şagirdləri: violində Rəvan Məmmədov və fortepianoda Aliyə Piriyevanın müşayiəti ilə “Timsah Genanın mahnısı”, Firuzə Cəlil (violin), Məmmədhüseyn Məmmədovun ifasında (klarnet) konsertmeyster Səbinə Yusubovanın fortepianoda müşayiəti ilə “Solomio”, Aysu Səfərofanın ifasında (kamança) Tofiq Quliyevin “Vals”, Nuray İslamovanın ifasında (tar) F. Əmirovun “Quşlar”, Şəhriyar Ələkbərovun ifasında (qarmon) Qafqaz xalq rəqsi “Ləzginka”, birinci siniflərin xor kollektivinin ifasında E.Sabitoğlunun “Sıravi Əhməd”, Y.Krılatovun “Krılatıye kaçeli” mahnıları və s. tamaşaçılar tərəfindən maraqla dinlənilib. Sonda məktəbin direktoru Vasif Heydərov uşaqları bayram münasibəti ilə təbrik edib, səhnədə ilk addımlarının davamlı və uğurlu olmasını arzulayıb.
Məktəbin hesabat konsertində müəllim və şagird kollektivinin çıxışı dinlənilib. Konsertdə xalq mahnıları, Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər