
Bu məqsədlə Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evi müğənni Sevda Kazımovanın Sumqayıt bulvarının konsert meydançasında solo konsertini təşkil edib.
Sevda Kazımova doğulub böyüdüyü Sumqayıt şəhərində solo konsertdən məmmunluğunu bildirib.
Mügənninin ifasında səslənən Azərbaycan və xarici estrada mahnıları konsertə gələn şəhər əhalisi tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
“Turan”milli rəqs qrupunun üzvlərinin ifasında “Dağlar gözəli”, “Dilşadi” rəqsləri konsertə xüsusi rəng qatıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti

