
Konsertdə “Buta” qızlar ansamblının solistləri Şəbnəm Faiq qızı, Gülzar Fərəcova, Gülbəniz Əsədova, Əfruz Atakişiyevanın ifasında Azərbaycanın görkəmli bəstəkarları Əlibaba Məmmədov, Ələkbər Tağıyev, Xalq Artisti Zeynəb Xanlarovanın mahnıları, muğamlar, saz havaları maraqla dinlənilib.
Tədbirin sonunda Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbinin direktoru Vasif Heydərov çıxış edərək belə tədbirlərin keçirilməsinin regionlararası qarşılıqlı əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını bildirib və davamlı olacağını qeyd edib.
Tədbirdə İsmayıllı Rayon İcra hakimiyyətinin əməkdaşları, rayon ziyalıları, mədəniyyət müəssisələrindən kollektivləri iştirak ediblər.
Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti




