Bir müddətdir leykoz xəstəliyindən əziyyət çəkən 3 yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pulların dələduz tərəfindən oğurlandığı iddia olunur.
A.Dadaşovanın dayısı Rahil Cəfərov Tehsil-press.az-a açıqlamasında bildirib ki, tanımadığı bir şəxs ona +79852706090 nömrəsindən zəng edərək Aylinin müalicəsi üçün lazım olan 50 min manatı ödəmək istədiyini bildirib: “Mən də ona kartın şəkillərini çəkib göndərdim. Bu gün səhər kartı yoxlamağa gedəndə gördüm ki, cəmi 135 manat pul qalıb. “Bank of Baku”ya müraciət etdim, məlum oldu ki, internet üzərindən oyuna pul qoyulub. Ümumilikdə təxminən 4000-4500 manat çıxarılıb. Bankdan arayış verilib, indi onu götürüb şikayət üçün Polis Bölməsinə gedirəm”.
Həmin şəxs özünü Moskvada yaşayan azərbaycanlı hacı kimi təqdim edib və Aylin üçün ödəniş etməyi özünün 8 yaşlı qızının ondan xahiş etdiyini deyib.
Uşağın həkimi Günay Rəsulova da bu barədə paylaşım edib və bildirib ki, yanvarın 1-də Aylinin vəziyyəti qəfildən pisləşib.
Qeyd edək ki, sosial şəbəkədə xüsusi proqramdan istifadə edən şəxslər həmin nömrənin “Hüseyn Vaqif oğlu” adı ilə qeyd olunduğunu bildiriblər.
Tehsil-press.az