Türkiyədə ilk dəfə erməni telekanalı translyasiya olunacaq

Türkiyədə ilk dəfə erməni telekanalı translyasiya olunacaq Türkiyə Respublikası tarixində ilk dəfə erməni telekanalı fəaliyyət göstərəcək.
Bu “Luys” qəzetinin eyniadlı kanalıdır.
“Luystv”nin efirə ilk çıxışı yanvarın 6-da İstanbulun Qumqapı bölgəsində yerləşən Müqəddəs Vardanants və Məryəm erməni kilsələrindən verilən canlı yayımla başlayıb.
“Luys” qəzeti və telekanalının informasiya şurasını üzvü Arutyun Kural kanalın rəsmi olaraq bir ay içndə işə balşayacağını bildirib.
A.Kural kanlın öz verilişlərini həm erməni, həm də türk dillərində apracağını qeyd edib. “Bu mənim atamın, 35 illik jurnalist Aram Kuralın arzusu idi. Onun fikrincə, erməni icmasına belə bir kanal lazım idi və biz bu layihəni gerçəkləşdirdik”, - Arutyun Kural söyləyib.
“Luys tv” gündə 3 dəfə (08:00, 12:00, 19:00) erməni və türk dillərində xəbərlər bülleteteni təqdim edəcək.
Xəbərlərdən başqa, erməni icması üçün nəzərdə tutulan mədəniyyət, idman, iqtisadiyyata dair verilişlər yayımlanacaq. Efirdə hətta canlı yaıymda debatların da veriləcəyi gözlənlir.

Tehsil-press.az

Oxşar xəbərlər