Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı və Böyük Britaniya arasında "Brexit"in şərtləri barədə yeni danışıqların mümkünlüyünü istisna edib.
Tehsil-press.az bu barədə "Le Figaro" qəzetinə istinadən məlumat verir.
Fransa prezidenti bildirib: "Bir və ya iki bəndi yaxşılaşdırmaq olar, amma mən buna elə də inanmıram, çünki biz razılaşma üçün mümkün olanın maksimumunu etdik və britaniyalıların daxili probleminin həlli üçün avropalıların maraqlarının müdafiəsindən imtina etməyəcəyik ".
E.Makron əlavə edib ki, krallığın Aİ-dən razılaşmasız çıxmasından ilk nğvbədə britaniyalıların özləri uduzacaqlar.
Qeyd edək ki, Böyük Britaniya parlamenti baş nazir Tereza Meyin "Brexit" üzrə razılaşmasını qəbul etmədi. Baş nazirin Avropa İttifaqından çıxma üzrə planını 202 parlamentari dəstəkləyib, 432 parlamentari isə əleyhinə səs verib.
Tehsil-press.az