ADDA-da İmtahan sessiyası

ADDA-da İmtahan sessiyası İmtahanlar obyektiv və şəffaflıq şəraitində keçirilir
Son vaxtlar ölkəmizin təhsil ocaqlarında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqəti daha çox cəlb edir. Ölkəmizin bütün ali və orta ixtisas müəssisələrində payız imtahan sessiyaları artıq başa çatmaq üzrədir. Bunu xüsusi qeyd etmək lazımdır ki, istər qış, istərsə də yay imtahan sessiyasının keçirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Ali məktəblərdə keçirilən imtahan sessiyaları, belə desək, bir növ tələbələrin yarımillik əldə etdikləri biliklərin hesabatı kimi dəyərləndirilə bilər və bu prinsip bütün təhsil ocaqlarının əsas meyarı kimi götürülməlidir. Məlumdur ki, Azərbaycan Respublikası təhsil naziri Ceyhun Bayramov payız semestrinin, imtahan sessiyasnın mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyin təmin olunması ilə bağlı əmr imzalamışdır. Əmrdə göstərilir; “...ali və orta ixtisas thsili müəssisələrinin rəhbərləri nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək neqativ hala görə məsuliyyət daşıyırlar...”
Əlbəttə, imtahan prosesi dövründə yaradılan şərait, bütün imtahanların yeni, mütərəqqi prinsiplər əsasında aparılması, tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, şox ciddi və deyərdik ki, həm də taleyüklü məsələdir. Bu işdə hər kəs – bütün professot-müəllim heyəti ədalətli, obyektiv, qərəzsiz olmağa çalışmalıdır.
İmtahan sessiyası dövründə bir neçə təhsil ocağına baş çəkdik. Belə təhsil müəssisələrindən biri də Azərbaycan Dövlət Dəniz Akademiyası oldu.
Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilən imtahan sessiyası ilə bağlı məlumat verən İnformasiya Resurs Mərkəzinin müdiri Elxan Məmmədov söhbət zamanı bildirdi:
2018-2019 payız semestrinin - imtahan sessiyasının keçirilməsində obyektivliyin və şəffaflığın təmin edilmişdir. İmtahan sessiyasının təşkili və aparılması
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə tam uyğun olaraq şəffaflıq şəraitində keçirilir. Akademiyada imtahan qərargahı yaradılmış, onun tərkibinə təcrübəli və nüfuzlu müəllimlərlə yanaşı, ictimai təşkilatların – həmkarlar ittifaqı komitəsi, tələbə həmkarlar ittifaqı komitəsi, tələbə gənclər təşkilatı rəhbərləri daxil edilmişdir. İmtahan qərargahına əlaqə telefonları verilmiş təklif və şikayətlər üçün xüsusi qutu qoyulmuşdur. Tələbə, valideyn, ictimaiyyətin nümayəndələri qəbulda öz problemlərini bildirir, məsələlər obyektiv və operativ şəkildə öz həllini tapır.

ADDA-da İmtahan sessiyası

İmtahanlar həm yazılı, həm də kompüter vasitələri tətbiq etməklə elektron test tapşırıqları şəklində aparılır. Nizam-intizama və imtahanın gedişinə nəzarət etmək məqsədilə Akademiya üzrə imtahan qərargahının və Apellyasiya komissiyasının yaradılması haqqında tədris işlər üzrə prorektor Zahid Şərifov əmr imzalamışdır. Əmrə əsasən tələbə ona verilən qiymətdən razı olmadığı halda həmin gün müvafiq fakültə üzrə Apellyasiya komissiyasına zərurət olduqda isə Akademiya Apellyasiya komissiyasının sədrinə əsaslandırılmış ərizə ilə müraciət edə bilər.
Tələbənin müraciəti əsaslı olduqda Apellyasiya komissiyasının sədrinə tələbənin cavab blankının yenidən yoxlanmasını təşkil etməklə ilkin yoxlanmanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir və həmin əmrə əsasən universitet üzrə Apellyasiya komissiyasının sədri, imtahanlarda obyektivliyi, şəffaflğı və tələbə müraciətlərinə operativliyi təmin etməlidir.
Son olaraq onu deyə bilərik sessiya dövründə heç bir neqativ hal baş verməmiş, demək olar ki, şəffaflıq və obyektivlik tam şəkildə qorunmuşdur...
Yaradılan şərait hər şeydən öncə tələbələrin də ürəyincə olmuşdur. Söhbət əsnasında “İmtahan necə keçmişdir?” sualına tələbələr bir ağızdan: - Heç bir neqativ hallara yol verilmədi. Əgər biliyin varsa, imtahana hazırsansa, sənə zaval yoxdur – deyə cavab verdilər.
İmtahan komissiyasının sədri keçirilən imtahan sessiya barədə məlumat verərək bildirdilər ki, imtahan sessiyasının sualları əvvəlcədən müzakirə olunub və həmin sualların hamısı elektron lövhədə yerləşdirilmişdir. Tələbələr həmin suallarla tam şəkildə tanış olmuşdur. Odur ki, tələbə tam sərbəst şəkildə imtahan verirdi.
Apardığımız müşahidələrdən, tələbələrlə söhbətlərdən bu qənaətə gəldik ki, doğrudan da Akademiyada həyata keçirilən hər bir layihə, tətbiq olan hər hansı bir yenilik imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanmışdır...

Hikmət Əliyev

Oxşar xəbərlər