"ŞƏHİDİMİN HEKAYƏSİ" başlayır

Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən ictimai təşkilatların təşkilati dəstəyi ilə "Şəhidimin hekayəsi" layihəsi həyata keçirilir.
Şəhidlər xalqın varlığı, gələcəyə atılan inamlı addımlarının sütunu, vətənin bünövrəsidir. Buna görə də, hər bir müqəddəs Vətən Şəhidinin həyat və mübarizə yolları biz gənclərə örnək, onları yetişdirən Ailələr, valideynlər ibrət ocaqlarıdır.
Onlar Vətən üçün, Azərbaycan üçün gözlərini qırpmadan ölümün gözünə dik baxdılar. Bizim bugünki vəzifəmiz də onları yaşatmaq, onlardan öyrənməkdir. "Şəhidimin hekayəsi" layihəsi də bu müqəddəs amaldan, qayədən boy verdi.
Layihənin məqsədi:
- Müstəqil Azərbaycanın var olması və bu günə çatması uğruna Canlarını fəda edən qəhrəman Şəhidlərimizin nümunəvi həyat hekayələrinə ailələri, onları tanıyanların xatirələrində səyahət etmək, bu müqəddəs həyatları bir daha əbədiləşdirməkdir.
Layihənin icra forması:
- Layihə çərçivəsində Bakı şəhəri, o cümlədən Ağdam və Cəbrayıl rayonlarında yaşayan Şəhid ailələri və yaxınlarıyla görüşərək onların xatirələrini dinləmək, çəkilişlər aparmaqla Şəhidlərimizin həyat yollarını əks etdirən videoçarxlar hazırlanacaq. Yekun olaraq Bakı şəhərində hazırlanmış videoçarxların təqdimatı keçiriləcək və sosial şəbəkələrdə geniş formada təbliği aparılacaqdır.
Detallar:
- təxminən 30-a qədər Şəhid ailəsinin əhatə olunması nəzərdə tutulur, tələbata görə say artırıla bilər.
- təqdimat mərasiminə Şəhid ailələrinin, qazilərimizin də dəvət olunması nəzərdə tutulur.
Layihədə iştirak etmək üçün aşağıdakı linki doldurun: https://docs.google.com/forms/d/e/1FAIpQLSfCksFj6WqOG1W9RBt_nAvGvJYyIXKh8IBqT3f3kGn0CQtWMw/viewform?usp=sf_link Event: https://www.facebook.com/events/386755908536905/
Əlaqə üçün (watsapp) : 0772701997 - Şıxməmməd Şıxməmmədov (layihə rəhbəri)
Son müraciət: 20 fevral 2019-cu il
#AzGF #GənclərFondu #ADPU #ADPUTGT #ATGTİ #ASYOU #SYOU #Şəhidhekayəsi

Mətbuat Xidməti



Oxşar xəbərlər