V.Sadovniçi: MDU-nun filialları böyük nüfuza malikdir

V.Sadovniçi: MDU-nun filialları böyük nüfuza malikdir M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi universitetin Bakı filialının böyük nüfuza malik olduğunu bildirib.
Rusiya Prezidenti Vladimir Putin MDU-nun Himayədarlar Şurasının iclasında iştirak edib. İclasda ölkədə elmin və təhsilin inkişafı, tədqiqatçıların və biznes nümayəndələrinin birlikdə yeni texnologiyalar üzərində işləyə biləcəkləri elmi-texnoloji mühit yaradılması və digər məsələlər müzakirə olunub.
İclasda çıxış edən MDU-nun rektoru Viktor Sadovniçi universitetin uğurlarından danışaraq, MDU-nun Daşkənd, Astana, Düşənbə və digər şəhərlərdə fəaliyyət göstərən filialları ilə yanaşı, Bakı filialının da böyük nüfuza malik olduğunu qeyd edib.
MDU-nun Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2008-ci ildə yaradılıb. Filiala AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva rəhbərlik edir.

Fəridə Abdullayeva


Oxşar xəbərlər