“İrana nəzarət üçün İraqdakı ordumuzu saxlayacağıq” - Tramp
ABŞ prezidenti Donald Tramp müxtəlif ölkələrdə yerləşdirdiyi ordularla bağlı danışıb. O, İrana nəzarət üçün ABŞ-ın İraqdakı hərbi mövcduluğunun davam edəcəyini söyləyib. Əfqanıstanla bağlı da danışan Tramp bildirib ki, oradakı əsgərlərin sayını azaltmaq və sadəcə kəşfiyyatçıların saxlanılması barədə düşünür.