ATU-da “Uşaqlarda nefrotik və nefritik sindromlar” mövzusunda seminar keçirilib

ATU-da “Uşaqlarda nefrotik və nefritik sindromlar” mövzusunda seminar keçirilib ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlərin iştirakı ilə seminar keçirilib.
Seminarda adıçəkilən klinikanın III kurs rezidenti Nəcilə Əlmərdanova “Uşaqlarda nefrotik və nefritik sindromlar” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi nefrotik və nefritik sindromların əlamətləri, diferensiyası və ilkin diaqnostikası ilə bağlı seminar istirakçılarına ətraflı şəkildə məlumat verib.
N.Əlmərdanova klinkada adıçəkilən sindromlarla müşahidə olunan xəstələr üzərində aparılan müşahidələr, tətbiq olunan müalicə üsulları, ağır xəstələrin müalicədən öncə və sonrakı vəziyyətləri ilə bağlı söhbət açıb və bu barədə slaydlar vasitəsi ilə çoxsaylı nümunələr nümayiş etdiribdir.
Seminar sual-cavab əsasaında öz işini başa çatdırıb. İştitrakçılar məruzə ətrafında onları maraqlandıran suallara qanedici cavablar ala bilib.

ATU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər