Azərbaycan Kooperasiya Universitetində “The role of English in Business” mövzusunda seminar keçirilib

Azərbaycan Kooperasiya Universitetində “The role of English in Business” mövzusunda seminar keçirilib Azərbaycan Kooperasiya Universitetində universitetin “Maliyyə” fakültəsi və Azərbaycan Dillər Universitetinin “Linqvokulturologiya” kafedrasının təşəbbüsü ilə hər iki ali məktəbin 3-cü kurs tələbələrinin iştirakı ilə açıq seminar dərsi keçirilmişdir. Seminarda ilkin olaraq Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə” fakültəsinin dekanı dos. Səbinə Vəliyeva qonaqları salamladı. O, bildirdi ki, “Müştərək seminar dərsinin mövzusu “The role of English in Business”dir və bu layihə məhz tələbələrin böyük marağı və aktiv iştirakı ilə ərsəyə gəlmişdir. Azərbaycan Dillər Universitetinin “Linqvokulturologiya” kafedrasının baş müəllimi, f.f.d. R. Ağayevanın və Azərbaycan Kooperasiya Universitetinin “Xarici dillər” kafedrasının müdiri dos. A.Hüseynova tələbələr ilə birgə hazırladıqları dərsin olduqca maraqlı keçəcəyinə şübhəmiz yoxdur”.
Seminarda layihənin əsas mövzusu olan ingilis dilinin iqtisadiyyatın hər bir sahəsindəki böyük rolundan bəhs edildi. Tələbələr müasir dövrdə həm ölkəmizdə, həm dünyada iqtisadiyyatın müxtəlif sahələrində, beynəlxalq ticarət, maliyyə, bank sektoru, biznes idarəçiliyi, marketinq, turizm, və digər sahələrdə ingilis dilinin dominant dil olduğunu vurğuladılar. Qeyd etmək lazımdır ki, tədbir tam ingilis dilində keçirilmişdir, hər iki ali məktəbin tələbələri yüksək səviyyədə öz bacarıqlarını nümayiş etdirməyə çalışdılar.
Tədbirin sonunda Azərbaycan Dillər Universitetinin “Linqvokulturologiya” kafedrasının müdiri f.e.d. prof. M.Qazıyevaya çıxış edərək tədbiri yüksək qiymətləndirdiyini və bu formatda müştərək dərslərin tez-tez keçirilməsinin hər iki tərəf üçün faydasını vurğuladı, fəal iştirakçılara öz təşəkkürünü bildirdi.

AKU-nun Mətbuat Xidməti


Azərbaycan Kooperasiya Universitetində “The role of English in Business” mövzusunda seminar keçirilib
Azərbaycan Kooperasiya Universitetində “The role of English in Business” mövzusunda seminar keçirilib
Azərbaycan Kooperasiya Universitetində “The role of English in Business” mövzusunda seminar keçirilib


Oxşar xəbərlər