Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülən Allahverdi Şahverənov doktorantura səviyyəsi üzrə Hökumətlərarası Təqaüd Proqramının (HTP) məzunudur.
Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinin məzunu olan Allahverdi Şahverənov 2013-2016-cı illərdə həmin proqram çərçivəsində Çinin Huazhong Universitetində onkologiya ixtisası üzrə doktorantura təhsili alıb. 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda insan genetikası laboratoriyasına rəhbərlik edib. Həmin ildə dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alan Allahverdi Şahverənov hazırda Genetik Ehtiyat İnstitutunun insan genetikası laboratoriyasının müdiridir. Azərbaycan, alman, ingilis, rus, Çin və türk dillərini bilir.

Tehsil-press.az



Oxşar xəbərlər