Rusiya Xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla Münhen Təhlükəsizlik Konfransı çərçivəsində hələ ki, hər hansı görüşü nəzərdə tutulmayıb.Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun həmkarları ilə mümkün görüşünü şərh edərkən bildirib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 15-17 fevral tarixlərində keçiriləcək.
Xatırladaq ki, E. Məmmədyarovla Z. Mnatsakanyanın sonuncu görüşü yanvarın 16-da Parisdə baş tutub.
Tehsil-press.az













