
Bunu İran parlamentinin milli istehsala dəstək xüsusi komissiyasının sədri, Sənaye və mədənlər komissiyasının üzvü Həmidrza Fuladgər deyib.
H.Fuladgərin sözlərinə görə, hazırda İran büdcəsində neftin payı üçdə birə, yəni 31%-ə endirilib:
"Bu tendensiya davam etməli və neftin payı büdcədə sıfıra endirilməlidir. Neftin pulundan xərclər üçün deyil, investisiya kimi istifadə olunmalıdır”.
Komissiya üzvü qeyd edib ki, İran neft-kimya, nəqliyyat sahələrində böyük irəliləyişlər əldə edib:
“Ərzaq sənayesi, telekommunikasiya, informasiya texnologiyaları sahəsində irəliləyişlər əldə olunub".
İranlı deputat əlavə edib ki, xarici valyuta bazarında qeyri-stabillik iqtisadiyyat və xərclərə öz mənfi təsirini göstərir.
Tehsil-press.az