Neftin dünya enerji istehlakındakı payı azalacaq

Neftin dünya enerji istehlakındakı payı azalacaq Dünya enerji istehlakında neftin payının 2040-cı ilə qədər 27 faizədək azalması, təbii qazın payının isə 24 faizə yüksəlməsi nəzərdə tutulur.
Tehsil-press.az xəbər verir ki, neftin dünya enerji istehlakında keçən ilki 31 faizlik payının 2040-cı ilə qədər 27 faizə düşməsi gözlənilir. Təbii qazın ötən ilki 22 faiz səviyyəsində olan payının da 2040-cı ilədək 24 faiz qalxması planlaşdırılır.
Nüvə enerjinin istehlakının payı 2040-cı ilə qədər 6 faizə çatacaq. Hidroenerjinin payının 3 faizə, biokütlə enerjisinin payının isə 11 faizə yüksələcəyi təxmin edilir.
Kömürün dünya enerji istehlakındakı payının 28 faizdən 25 faizə düşəcəyi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər