Söyün Sadıqov həbs olundu

Söyün Sadıqov həbs olundu Rusiyanın Rostov şəhərində Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti Söyün Sadıqov həbs edilib.
Eks-diaspor rəhbəri iş adamlarından birinin 100 milyon rubl və torpağını qəsb etməkdə ittiham olunur.
Məlumata görə, 59 yaşlı Sadıqov Rostovdan olan biznesmen Madiros Oskanova qarşı cinayət əməli törədib.
Qeyd olunur ki, Söyün Sadıqov bu əməlini biznes-ledi Yuliya Mazur və adı açıqlanmayan daha bir şəxslə həyata keçirib. Belə ki, onlar özlərini Oskanova “İnterles L” şirkətinin (Halbuki, bununla heç bir əlaqələri olmayıb) əməkdaşları kimi təqdim ediblər. Daha sonra Oskanovun direktoru olduğu “Nebuq” şirkətinin balansında qanunsuz pul və torpaq yerləşdiyini sübut etməyə çalışıblar. M. Oskanovun həbs edilməməsi üçün isə sadəcə onlara 100 milyon rubl və 1 ha. torpaq sahəsi verməyi tələb ediblər.
Oskanov ona oyun qurulduğundan şübhələnərək polisə müraciət edib. Bundan sonra o, Rostov-na-Donuda “Ris” restoranında Sadıqovla görüş təyin edib. Sadıqova 5 milyon rubl verdiyi zaman masaya ofisiantlar əvəzinə polislər yaxınlaşaraq keçmiş diaspor rəhbərini saxlayıblar.
Rostov Daxili işlər Nazirliyi Sadıqova qarşı “mütəşəkkil qrup tərəfindən törədilən böyük miqyasda dələduzluq” maddəsi ilə cinayət işi açıb. İttiham təsdiqini taparsa, Söyün Sadıqovu 10 il müddətinə həbs cəzası gözləyir.

Tehsil-press.az

Oxşar xəbərlər