
Qəbula görə təşəkkür edən səfir Zoltan Hernyes Avropa Şurası Bakı ofisinin layihələri, gender bərabərliyi və jurnalistika ilə bağlı çap edilən vəsaitlər haqqında məlumat verib. Səfir Zoltan Hernyes "Gender bərabərliyi və media azadlığı" kursu üzrə proqramın əhəmiyyətini qeyd edərək yeni kursun Jurnalistika ixtisası üzrə tədris proqramında istifadə edilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Təqdim olunan layihə haqqında məlumatlı olduğunu qeyd edən F.Qurbanov Avropa Şurasının Bakı ofisi tərəfindən Azərbaycanda gender bərabərliyi və media azadlığı sahəsində keçirilən çoxsaylı maarifləndirmə tədbirlərini, media nümayəndələrinin bu istiqamətdə peşəkarlığının daha da artırılması istiqamətində görülən mühüm işləri yüksək qiymətləndirib və bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub və Bakı Dövlət Universiteti ilə Avropa Şurasının Bakı ofisi tərəfindən "Gender bərabərliyi və media" mövzusunda birgə konfrans və seminarların keçirilməsi qərara alınıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi, 22 fevral 2019-cu il
