YUNESKO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

YUNESKO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi YUNESKO-nun dəstəyi ilə Parisdə qeyd olunacaq.
YUNESKO-nun İcra Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib. 2019-cu ildə yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər