Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı - Video

Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı - Video Meksikanın Çiuaua ştatında bayraq qaldırma mərasimində gözlənilməz hadisə yaşanıb.
Raul Misal Flores adlı əsgər bayrağı qaldırarkən ayağı parçaya ilişib və bayraqla birlikdə 6 metr yüksəkliyə qalxıb.
Bayraq tam açıldıqda isə Raul hündürlükdən yerə çırpılıb. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan əsgər sinəsindən və ayaqlarından travma alıb, 3 qabırğası sınıb.
Hazırda vəziyyəti stabil olan Floresi qubernator Xavyer Korral ziyarət edib.



Tehsil-press.az

Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı - Video

Oxşar xəbərlər