
Bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.
O qeyd edib ki, bu göstərici ilə Çexiya Azərbaycanın böyük ticarət tərəfdaşlarının beşliyinə düşüb və 9-cu iri xarici investor olub.
Diplomat bildirib ki, Çexiya Azərbaycana ilk növbədə maşınqayırma məhsulları, avtomobillər və elektronika malları ixrac edir:
"Çex Respublikası və Azərbaycan arasında qarşılıqlı münasibətlər baxımından ötən ili cəsarətlə "yeni dinamikanın yaranması ili" adlandırmaq olar. Bu yeni dinamika ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və yeni birgə layihələrin axtarışı üçün əsas yaradır".
Tehsil-press.az