Latviyada pulsuz dil kursları təşkil edilib

Latviyada pulsuz dil kursları təşkil edilib Latviyanın Dauqavpils şəhərində miqrantlar üçün pulsuz latış dili kursları təşkil olunub. Üçaylıq kurslar əsasən Azərbaycan, Ukrayna, Rusiya, Tacikistan və Belarusdan olan və Latviyada yaşayan şəxslər üçün nəzərdə tutulub.
Dauqavpils Universitetinin “Latış tədqiqatları institutu”nun bu layihəsı yüksəkixtisaslı, böyük təcrübəyə malik müəllimlərin rəhbərliyi altında reallaşacaq. Dərslər ən yeni metodlarla universitetin binasında keçiriləcək.

Aygün Əliyeva

Oxşar xəbərlər