Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda Ebru sənəti ilə bağlı master-klass keçirilib

Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda Ebru sənəti ilə bağlı master-klass keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda Şüşə qablar üzərində rəsm çəkmək və Ebru sənətinin öyrənilməsi məqsədi ilə master- klass keçirilib.
Klubun istedadlı rəssamları Nigar Fərəməzli və Türkan Əliyeva tərəfindən keçirilən master-klassda şagirdlərə mövzu ilə əlaqədar geniş məlumat verilib, ebru sənətinin sirləri izah edilib. Sonra şagirdlər öz istedadlarını nümayiş etdirmək üçün su və şüşə qablar üzərində rəsm çəkiblər.
Qeyd edək ki, Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində “dalğavari”, farsca – “bulud” və ya “suyun üzü”, ərəbcə isə “üz üçün su” mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda Ebru sənəti ilə bağlı master-klass keçirilibSumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda Ebru sənəti ilə bağlı master-klass keçirilibSumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda Ebru sənəti ilə bağlı master-klass keçirilibSumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda Ebru sənəti ilə bağlı master-klass keçirilibSumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda Ebru sənəti ilə bağlı master-klass keçirilib

Oxşar xəbərlər