“Birgünlük xəlifə” layihəsi Cocuq Mərcanlı məktəblilərində maraq doğurub

“Birgünlük xəlifə” layihəsi Cocuq Mərcanlı məktəblilərində maraq doğurub Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsi metodist Anar Rəhimovun rəhbərliyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübə keçir.
Pedaqoji təcrübədə olan tələbələr məktəbdə “Bizim universiteti yaxından tanıyın” adlı tədbir keçiriblər. Tədbir ADU-nun tanıdılmasına, şagirdlər arasında məşhurluq qazanmasına və gələcək abituriyentlərin məhz bu təhsil ocağını seçməsi üçün onları həvəsləndirməyə yönəlib.
Tədbirdə çıxış edən Anar Rəhimov ADU-nun ölkədə ən reytinqli və Avropa təhsil sisteminə inteqrasiya olunmuş təhsil müəssisələrindən biri olduğunu deyib. O, məşhur həmvətənlərimizin, o cümlədən yüksək dövlət rəsmilərinin ADU-nun məzunu olmasını məktəblilərin nəzərinə çatdırıb.
Sonra təcrübəçi Nicat Aşurov məktəb kollektivinə universitetin tarixi, tədris olunan xarici dillər, tələbələrlə bağlı maraqlı layihələr, həmçinin “Birgünlük xəlifə” layihəsi haqqında məlumat verib, özünün “xəlifə-rektor” seçilərək bir gün ərzində universiteti rektor səlahiyyəti ilə idarə etməsi haqqında ətraflı danışıb. Bu, iştirakçıların böyük marağına səbəb olub.
Pedaqoji təcrübəçilər Toğrul Cahangirli və Gövhər Həsənli təqdimatlarla çıxış edərək universitetdəki təhsil sistemindən, tez-tez xarici ölkə səfirlərinin, dövlət və hökumət başçılarının universitetə qonaq olmasından danışıblar.
Tədbir ADU haqqında videoçarxın nümayişi ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti


“Birgünlük xəlifə” layihəsi Cocuq Mərcanlı məktəblilərində maraq doğurub

“Birgünlük xəlifə” layihəsi Cocuq Mərcanlı məktəblilərində maraq doğurub

Oxşar xəbərlər