ADU-nun əməkdaşları Kəlbəcər məktəbində

ADU-nun əməkdaşları Kəlbəcər məktəbində Azərbaycan Dillər Universitetinin (ADU) müəllimləri Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 1 nömrəli orta məktəbdə pedaqoji təcrübə keçən tələbələrlə birgə “Nəsimi ili” ilə əlaqədar tədbir keçiriblər.
Universitetin əməkdaşları tərəfindən məktəbin müəllim və şagird heyəti multikulturalizm barədə məlumatlandırılıb. ADU-nun Konfutsi İnstitutunun müəllimi Mairui Jieken şagirdlərə Çin mədəniyyəti ilə bağlı suallar verib. Sualların cavablandırılmasında fəallıq göstərən şagirdlər mükafatlandırılıb.
Bundan əlavə, ADU-nun əməkdaşları məktəbin kitabxanasına dərslik və dərs vəsaitləri, müəllimlərə, həmçinin şagirdlərə hədiyyələr təqdim ediblər.

ADU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər