“Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində Odlar Yurdu Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin tələbələri arasında növbəti seçim turları keçirilmişdir

“Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində Odlar Yurdu Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin tələbələri arasında növbəti seçim turları keçirilmişdir Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir.
Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.
Qeyd edək ki, layihə çərçivəsində olimpiadadan qabaq seçim turlarının keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, növbəti seçim turları 5 mart 2019-cu il tarixində Odlar Yurdu Universitetinin və 6 mart 2019-cu il tarixində isə Azərbaycan Kooperasiya Universitetinin tələbələri arasında keçirilmişdir. Nəticələrə əsasən müvafiq keçid balını toplayan tələbələr olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Məlumat üçün bildirək ki, seçim turları daha 1 ali təhsil müəssisəsində keçiriləcəkdir. Yekun olaraq Olimpiadanın 30 mart 2019-cu il tarixində Bakı Konqres Mərkəzində seçim turlarında qalib gələn gənclər arasında keçirilməsi planlaşdırılır.

Mətbuat Xidməti


“Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində Odlar Yurdu Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin tələbələri arasında növbəti seçim turları keçirilmişdir“Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində Odlar Yurdu Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin tələbələri arasında növbəti seçim turları keçirilmişdir

Oxşar xəbərlər