Azərbaycan Universitetinin tələbələri ECDL sertifikatı alacaq

Azərbaycan Universitetinin tələbələri ECDL sertifikatı alacaq Azərbaycan Universitetində növbəti ECDL təlimləri başlayıb. Universitet tələbələrinin iştirak etdiyi dərslər həftədə 2 dəfə, hər dərs 90 dəqiqə olmaqla təşkil olunur və kompüterin əsasları, onlayn biliklər, mətn prosessoru, elektron cədvəllər, təqdimat olmaqla 5 modul üzrə aparılır. Dərslər 3 iyun 2019-cu il tarixində yekunlaşacaq.
Azərbaycan Universiteti kompüter biliklərini ölçən beynəlxalq ECDL sertifikat proqramının (European Computer Driving Licence – Avropa Kompüter Səviyyəsi Ölçmə Sertifikatı ) ölkəmizdəki rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi (ATM) olaraq təsdiqlənib. Dünyada kompüter savadlılığını təsdiq edən standartlar içərisində ECDL sertifikatı daha geniş yayılıb və 150-dən artıq ölkə tərəfindən tanınır.
Universitetin nəzdindəki ECDL Mərkəzi həm təlim, həm də test mərkəzi kimi fəaliyyət göstərir. ECDL təlimlərinin imtahanlarından uğurla keçən tələbələr kompüter bacarıqlarını beynəlxalq səviyyəli sertifikatla təsdiq edə biləcəklər.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetinin tələbələri ECDL sertifikatı alacaq

Azərbaycan Universitetinin tələbələri ECDL sertifikatı alacaq

Oxşar xəbərlər