Azərbaycan Universitetinin tələbələri beynəlxalq sertifikata layiq görülüb

Azərbaycan Universitetinin tələbələri beynəlxalq sertifikata layiq görülüb Azərbaycan Universitetinin Tərcümə (İngilis dili), Sosial iş, Maliyyə, Mühasibat uçotu və Dünya iqtisadiyyatı ixtisasları üzrə təhsil alan tələbələri PTE (Pearson Test of English) tərəfindən təşkil olunan imtahanlarda müvəffəqiyyət əldə edərək beynəlxalq dil sertifikatını almağa nail olublar.
Danışıq və yazı olmaqla iki mərhələdən ibarət olan imtahanda iştirakçıların Intermediate (CEFF B1) səviyyəsi üzrə bilik və bacarıqları yoxlanılıb. Tələbələrə Intermediate (CEFF B1) səviyyəsi üzrə PTE dil sertifikatları Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova tərəfindən təqdim olunub.
Qeyd edək ki, PTE (Pearson Test of English) IELTS və TOEFL ilə yanaşı İngilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edənən məşhur sertifikatlardan biridir. Azərbaycan Universiteti 2017-ci ildə PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub.
Beynəlxalq sertifikat alan tələbələrin siyahısı
Nigar Rəhimova , Tərcümə (İngilis dili), III kurs
Nurlan Vəlizadə, Tərcümə (İngilis dili), II kurs
İslam Şirəliyev, Tərcümə (İngilis dili), II kurs
Kamran Kərimov, Sosial iş, II kurs
Qoşqar Əhmədov, Mühasibat uçotu və audit, II kurs
Hüseyn Şahbazlı, Mühasibat uçotu və audit, II kurs
Ayaz Mirzəyev, Maliyyə, III kurs Nicat Zeynalov, Maliyyə, III kurs
Nadir Vəlizadə, Dünya iqtisadiyyatı, II kurs

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetinin tələbələri beynəlxalq sertifikata layiq görülüb

Oxşar xəbərlər