Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxana ustası Aydın Xırdalanlı vəfat edib.
Bu barədə meyxanaçının həmkarı Namiq Qaraçuxurlu instagram hesabında yazıb:
“İndicə aldığım məlumata görə, meyxana sənəti daha bir sənətkarını itirdi. Bayaqdan əlim-ayağım əsir. Arzum vardı ki, söz xiridarı üçün yeni deyişmə hazırlayaq. Çox darıxmışdım onunla meyxana demək üçün. Allah sənə rəhmət eləsin Aydın. Kaş bu xəbər yalan olsun”.
***
Meyxanaçının qardaşı Heybət faktı bir daha təsdiqləyib. O bildirib ki, ağciyərində güclü soyuqdəyməsi olan qardaşı 3 gün idi ki, yataqdan durmurdu, vəziyyəti ağır idi.
Yas mərasimi sabah saat 14:00-da Xırdalanda olacaq. Ailəsi heç bir media orqanının dəfndə iştirak etməsini istəmir.

Tehsil-press.az

Oxşar xəbərlər