İtaliyada aeroport işçiləri tətil elan edib: 100-ə yaxın reys təxirə salınıb

İtaliyada aeroport işçiləri tətil elan edib: 100-ə yaxın reys təxirə salınıb İtaliyada avianəqliyyat işçilərinin həmkarlar ittifaqı 4 saatlıq tətil elan edib.
Tətillə əlaqədar “Alitalia” aviaşirkətinin 100-ə yaxın reysi təxirə salınıb.
Qeyd olunur ki, tətil Bakı vaxtı ilə saat 13:00-dan 17:00-dək davam edəcək.
Bu müddət ərzində Roma aeroportunda planlaşdırılan Moskva, Paris, London, Brüssel, Qahirə, Təl-Əviv, Afina, Tirana və bir sıra ölkədaxili reyslər təxirə salınıb.
Tətil edən işçilər əmək şəraitinin yaxşılaşmasını tələb edir.

Tehsil-press.az



Oxşar xəbərlər