Tahir Mirkişili: O adamların dollarla kredit götürməsi qadağandır

Tahir Mirkişili: O adamların dollarla kredit götürməsi qadağandır Azərbaycan vətəndaşlarının banklardan manat və yaxud dollarla kredit götürməsi qəbul olunmuş qaydalarla tənzimlənir.
Mövcud qaydalara görə, vətəndaşın banklardan xarici valyutada kredit götürməsi üçün şərtlər müəyyən olunub.
Bu da təxminən iki il bundan qabaq qəbul olunmuş qaydalardır və həmin qaydalara görə, əgər bir vətəndaşın bankda depozit hesabında xarici valyutası yoxdursa və yaxud da gəlirləri xarici valyutada əldə etmirsə, o zaman onun xarici valyutada kredit götürməsi qadağandır və bunu götürə bilməz.
İqtisadçı, millət vəkili Tahir Mirkişili deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün vətəndaşlara kreditlər əsasən manatla verilir.
“Çünki Azərbaycan manatı ilə kreditin verilməsi gələcəkdə baş verə biləcək hər hansısa bir problemin qarşısını almağa imkan verir.
Ona görə, əslində, heç bir bank məcburi şəkildə heç bir vətəndaşa dollarla və yaxud da digər xarici valyuta ilə kredit verə bilməz.
Bunu qanun qadağan edir və dollarla götürülə biləcək kreditlərin mexanizmləri də dəqiq şəkildə qanunda müəyyən olunub”, - deyə millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Oxşar xəbərlər