BDU-da soyqırımı qurbanları anılıb

BDU-da soyqırımı qurbanları anılıb Bakı Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib.
BDU-nun rektoru Elçin Babayev mənfur qonşularımızın tarixin ayrı-ayrı vaxtlarında ən müxtəlif üsul və yollarla azərbaycanlılara qarşı həyata keçirdikləri məqsədyönlü soyqırımı siyasətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından, son 20 ildə ölkəmizin informasiya cəbhəsində öz sözünü inamla, sübut və faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmasından bəhs edib.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini bildirib. O, XX əsrdə bolşevik-daşnak cinayətkarlarının planlı şəkildə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı haqqında ətraflı məlumat verib, onu bəşər tarixinin ən qəddar cinayətlərindən biri adlandırıb.
Biologiya fakültəsinin tələbəsi Vəfa Mürsəlzadə bu qanlı cinayətin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini diqqətə çatdırıb.
Tədbir BDU tələbələrinin soyqırımı gününə həsr etdikləri "Zəncirin son halqası" sürrealist üslubunda pantomima tamaşasının nümayişi ilə başa çatıb.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 28 mart 2019-cu il


BDU-da soyqırımı qurbanları anılıbBDU-da soyqırımı qurbanları anılıbBDU-da soyqırımı qurbanları anılıbBDU-da soyqırımı qurbanları anılıbBDU-da soyqırımı qurbanları anılıb

Oxşar xəbərlər